Ağsuda çörək sexində yanğın baş verib - FOTO - YENİLƏNİB

Ağsuda çörək sexində yanğın baş verib - FOTO - YENİLƏNİB Hadisə səhər saat 10 radələrində baş verib
Hadisə
15 Aprel , 2018 13:23
Ağsuda çörək sexində yanğın baş verib - FOTO - YENİLƏNİB
Report

Ağsu. 15 aprel. REPORT.AZ/ Səhər saat 10 radələrində Ağsu rayonunda ümumi sahəsi 345 m2 olan çörək sexinin yanar konstruksiyaları 313 m2 sahədə yanıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, rayon mərkəzi bazarına bitişik olan sexdə bütün əşyalar yanıb.

Sexin qalan hissəsi və yaxınlıqdakı digər obyektlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən təqribən 20 dəqiqə ərzində söndürülüb.


***10:43

Ağsu. 15 aprel. REPORT.AZ/ Ağsu rayonunun mərkəzi hissəsində yerləşən bazarda yanğın hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğın Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Yanğının hansı səbəbdən baş verdiyi bilinmir. Hazırda onun söndürülməsi istiqamətində iş aparılır.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi