Ağsuda beş uşaq atası amansızlıqla qətlə yetirilib - YENİLƏNİB - TƏFƏRRÜAT

Ağsuda beş uşaq atası amansızlıqla qətlə yetirilib - YENİLƏNİB - TƏFƏRRÜAT Qadın yeniyetmə oğlu ilə birlikdə ərini baltalayaraq öldürüb
Hadisə
24 Avqust , 2017 11:49
Ağsuda beş uşaq atası amansızlıqla qətlə yetirilib - YENİLƏNİB - TƏFƏRRÜAT

Ağsu. 24 avqust. REPORT.AZ/ Ağsu rayonunda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.

"Report"un Şirvan bürosu xəbər verir ki, rayonun Gəgəli kəndində qadın yeniyetmə oğlu ilə birlikdə ərini baltalayaraq öldürüb.

Belə ki, 1970-ci il təvəllüdlü Şamiyev Şamxal ailə üzvləri tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib.

Onu arvadı 1976-cı il təvəllüdlü Şamiyeva Xalidə oğlu, 2000-ci il təvəllüdlü  Şamiyev Zeynal ilə birlikdə baltalayaraq öldürüblər. 

"Report"un yerli bürosunun əldə etdiyi məlumata görə, qətlə yetirilən Ş.Şamiyev əvvəllər məhkumluq həyatı yaşayıb. O, qanunsuz silah saxladığı üçün həbs edilib və 6 ay bundan əvvəl həbsdən çıxıb. 

Kənd sakinlərinin sözlərinə görə, Ş.Şamiyevin üzərində qanunsuz odlu silah olması barədə arvadı X.Şamiyeva polisə məlumat verib və ərinin tutulması üçün məhkəmdə şahidlik edib. Ş.Şamiyev həbsdən çıxandan sonra ailədə tez-tez mübahisələr olub. Beş övlad - 3 oğlan, 2 qız atası olan Ş.Şamiyevlə həyat yoldaşı X.Şamiyeva arasında ötən gün yenidən mübahisə düşüb. Ötən gecə yarısı qətl hadisəsi baş verib.

Ş.Şamiyevin qardaşı Əhməd Şamiyev "Report"un yerli bürosuna qardaşının belə amansızlıqla qətlə yetirilməsi üçün şokda olduğunu bildirib: "Qardaşım indiyə kimi heç kimə ziyan vurmayıb. Ötən gün bir məclisdə iştirak edirdik, heç spirtli içki də qəbul etmədi. Hadisə həmin gün məclisdən çıxıb evə gedəndən sonra olub. Yoldaşı qardaşımla yola getmirdi, uşaqları qardaşıma qarşı çıxmağa məcbur edirdi. Beş övlad atasını bu şəkildə öldürmək insanlığa sığmayan hərəkətdir".

Qeyd edək ki, hadisəni törədəndən sonra ana və oğul polisə könüllü olaraq təslim olub və hadisəni birgə törətdiklərini etiraf ediblər.

Faktla bağlı Ağsu Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


***08:47

Ağsu. 24 avqust. REPORT.AZ/ Ağsu rayonunda qətl hadisəsi baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Gəgəli kəndində baş verib. 

Belə ki, həmin kəndin sakini, 1970-ci il təvəllüdlü Şamiyev Şamxal qətlə yetririlib. 

Onun, həyat yoldaşı - 1976-cı il təvəllüdlü Şamiyeva Xalidə oğlu və 2000-ci il təvəllüdlü Şamiyev Zeynal tərəfindən xüsusi amansızlıqla baltalanaraq öldürülməsi bildirilir. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi