“Azərişıq” ASC-nin əməkdaşının ölümü ilə bağlı cinayət işi açılıb

“Azərişıq” ASC-nin əməkdaşının ölümü ilə bağlı cinayət işi açılıb Yanvarın 11-i saat 11 radələrində Ağsu rayon sakini, “Azərişıq”ASC-nin Mərkəzi-Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Ağsu sahəsində sayğacquraşdırıcı texnik vəzifəsində işləyən 1988-ci il təvəllüdlü Xəyal Şərifovun elektrik cərəyanı vurmas
Hadisə
392
12 Yanvar , 2022 10:31
“Azərişıq” ASC-nin əməkdaşının ölümü ilə bağlı cinayət işi açılıb

Ağsuda “Azərişıq” ASC-nin əməkdaşının ölümü ilə bağlı cinayət işi açılıb.

Bu barədə "Report"a Ağsu rayon prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, yanvarın 11-i saat 11 radələrində Ağsu rayon sakini, “Azərişıq”ASC-nin Mərkəzi-Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Ağsu sahəsində sayğacquraşdırıcı texnik vəzifəsində işləyən 1988-ci il təvəllüdlü Xəyal Şərifovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, Xəyal Şərifov Ağsu şəhər 2 saylı tam orta məktəbin həyətində yerləşən 10 kv-luq transformatorun üzərində sayğac quraşdırarkən elektrik cərəyanının vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Ağsu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Son xəbərlər

Orphus sistemi