Ağsuda avtomobil yandı

Ağsuda avtomobil yandı Ağsuda yanğın hadisəsi baş verib.
Hadisə
1722
15 Avqust , 2020 22:35
Ağsuda avtomobil yandı

Ağsuda yanğın hadisəsi baş verib.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Qaraqaşlı kəndində qeydə alınıb.

Belə ki, “Chrysler” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Ağsu rayon dövlət yanğından mühafizə idarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Orphus sistemi