Ağsuda ata və oğlunu avtomobil vurub

Ağsuda ata və oğlunu avtomobil vurub Ağsu. 5 sentyabr. REPORT.AZ/ Ağsu rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
Hadisə
2854
5 Sentyabr , 2018 22:42
Ağsuda ata və oğlunu avtomobil vurub

Ağsu. 5 sentyabr. REPORT.AZ/ Ağsu rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə axşam saatlarında, "Gəgəli dayanacağı" adlanan ərazidə qeydə alınıb.

Belə ki, Binə qəsəbəsi sakini, 1979-cu il təvəllüdlü Fərzəliyev Namiq Atamoğlan oğlunu və onun azyaşlı övladı Fərzəliyev Adəm Namiq oğlunu avtomobil vurub. Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. 

Yaralılar xəstəxanaya yerləşdirilib. Daha sonra onlar Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi