Ağsuda ana ölümü hadisəsi baş verib

Ağsuda ana ölümü hadisəsi baş verib Ağsu. 31 dekabr. REPORT.AZ/ Ağsu rayonunda ana ölümü hadisəsi baş verib.
Hadisə
31 Dekabr , 2018 09:28
Ağsuda ana ölümü hadisəsi baş verib

Ağsu. 31 dekabr. REPORT.AZ/ Ağsu rayonunda ana ölümü hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayon xəstəxanasında qeydə alınıb. 

İlkin məlumata görə, Ağsu şəhər sakini, 1990-cı il təvəllüdlü Məmmədova Ayşən Sadiq qızı kəskin qan laxtalanması diaqnozu ilə xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, A.Məmmədova dekabrın 25-i normal doğuşla uşaq dünyaya gətirib və 3 gün sonra evə buraxılmışdı.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi