Ağsuda 60 yaşlı kişi intihara cəhd edib

Ağsuda 60 yaşlı kişi intihara cəhd edib Ağsu. 9 aprel. REPORT.AZ/ Ağsu rayonunda 60 yaşlı kişi intihara cəhd edib.
Hadisə
9 Aprel , 2018 12:08
Ağsuda 60 yaşlı kişi intihara cəhd edib

Ağsu. 9 aprel. REPORT.AZ/ Ağsu rayonunda 60 yaşlı kişi intihara cəhd edib. 

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Bəyimli kəndi ərazisində baş verib. 

Belə ki, həmin kəndin sakini, 1958-ci il təvllüdlü Qaçay Şirin oğlu Mehdiyev özünü yaşadığı evdə asıb. O, dərhal ailə üzvləri tərəfindən xilas edilərək Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən Q.Mehdiyevin vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi