Ağsuda 5 kənd işıqsız qalıb

Ağsuda 5 kənd işıqsız qalıb Kəndlərdə olan tibb məntəqəsi də elektrik enerjisi kəsildiyindən fəaliyyət göstərə bilmir
Hadisə
13 Fevral , 2017 11:49
Ağsuda 5 kənd işıqsız qalıb

Bakı. 13 fevral. REPORT.AZ/ Ağsu rayonunda son günlər yağan qar səbəbindən 5 kənd işıqsız qalıb.

"Report"un Şirvan bürosunun verdiyi məlumata görə, rayonun dağlıq  ərazilərində yerləşən Xatman, Dilman, Hacman, Kalva və Suraxanı kəndlərində elektrik enerjisi kəsilib.

Elerjinin kəsilməsi səbəbindən Dilman və Kalva kəndlərində yerləşən orta məktəblərdə istilik sistemi işləmir. Məktəblərdə davamiyyət aşağı düşüb. Həmin kəndlərdə olan tibb məntəqəsi də elektrik enerjisi kəsilməsi səbəbi ilə fəaliyyət göstərə bilmir.

Sakinlərin verdiyi məlumata görə, kəndlərdə elektrik enerjisi hələ ki, bərpa olunmayıb.

Son xəbərlər

Orphus sistemi