Ağsuda 4 yaşlı uşağı avtomobil vuraraq öldürüb - YENİLƏNİB

Ağsuda 4 yaşlı uşağı avtomobil vuraraq öldürüb - YENİLƏNİB Ağsu rayonunda piyadanın ölümü nəticələnən ağır yol qəzası baş verib.
Hadisə
17 Avqust , 2019 23:50
Ağsuda 4 yaşlı uşağı avtomobil vuraraq öldürüb - YENİLƏNİB

Ağsu rayonunda piyadanın ölümü nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, H.Əliyev prospektində "Niva" markalı minik maşını 4 yaşlı yerli sakin Məmmədova Nəzrin Elimağa qızını vurub.

Zərbənin təsirindən ağır xəsarət alan azyaşlı hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


*** 21:19

Ağsu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun xəbərinə  görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 4 yaşlı uşağı avtomobil vurub. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi