Ağsuda 36 yaşlı kişi bıçaqlanıb

Ağsuda 36 yaşlı kişi bıçaqlanıb Faktla bağlı cinayət işi açılıb
Hadisə
21 Mart , 2018 15:12
Ağsuda 36 yaşlı kişi bıçaqlanıb

Ağsu. 21 mart. REPORT.AZ/ Ağsu rayonunda iki şəxsin mübahisəsi qanlı hadisə ilə nəticələnib.

"Report"un Şirvan bürosu xəbər verir ki, şəhər sakini, 1982-ci il təvəllüdlü Cəlil Zakir oğlu Cəlilov həmyerlisi Tural Ağa oğlu Güləliyev arasında mübahisə yaranıb.

Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı T. Güləliyev üstündə gəzdirdiyi bıçaqla C.Cəlilova bir neçə bıçaq zərbəsi endirib. C.Cəlilov ağır vəziyyətdə Ağsu rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Onun vəziyyəti orta ağırdır.

T.Güləliyev Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi