Ağsuda 3 nəfərin öldüyü qəzaya səbəb olan sürücü saxlanılıb

Ağsuda 3 nəfərin öldüyü qəzaya səbəb olan sürücü saxlanılıb Ağsu rayonunda bir ailənin üç üzvünün öldüyü qəzaya səbəb olan sürücü saxlanılıb.
Hadisə
27 Yanvar , 2020 15:34
Ağsuda 3 nəfərin öldüyü qəzaya səbəb olan sürücü saxlanılıb

Ağsu rayonunda bir ailənin üç üzvünün öldüyü qəzaya səbəb olan sürücü saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, yanvarın 26-sı saat 10 radələrində Ağsu rayonunun Nüydü kəndi ərazisində Şəki rayon sakini İlham Quliyevin idarə etdiyi “VAZ-2106” və Gürcüstan vətəndaşı R.Ramazanovun idarə etdiyi “Mercedes” markalı avtobus toqquşduqdan sonra sonuncu avtomobil aşıb.

Nəticədə İ.Quliyev və sərnişinlərindən arvadı İlahə hadisə yerində ölüb, azyaşlı qızı Aysu və oğlu, habelə R.Ramazanovun 3 sərnişini xəstəxanaya yerləşdirilmiş, Aysu orada ölüb.

Avtobusun sürücüsü şübhəli şəxs qismində saxlanılıb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi