Ağsu. 28 yanvar. REPORT.AZ/ Ağsu rayonunda intihara cəhd hadisəsi baş verib.
"Report"un yerli bürosunun məlumatına görə, rayon sakini, 1996-cı il təvəllüdlü Q.R. Vüqar qızı sirkə turşusu içərək, özünü öldürmək istəyib.
O, yaxınları tərəfindən Ağsu Şəhər Xəstəxanasına çatdırılıb və Reanimasiya Şöbəsinə yerləşdirilib. R.Q-nin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Onun nə üçün intihara cəhd etməsi səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.