Ağsuda 20 yaşlı gənc hündürlükdən yıxılaraq ağır xəsarət alıb

Ağsuda 20 yaşlı gənc hündürlükdən yıxılaraq ağır xəsarət alıb Ağsu rayonunda 20 yaşlı gənc hündürlükdən yıxılıb.
Hadisə
19 İyun , 2019 13:25
Ağsuda 20 yaşlı gənc hündürlükdən yıxılaraq ağır xəsarət alıb

Ağsu rayonunda 20 yaşlı gənc hündürlükdən yıxılıb. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, rayonun Ərəbmehdibəy kənd sakini, 1999-cu il təvəllüdlü Fuad Qiyas oğlu Osmanov ağır vəziyyətdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Ona qapalı kəllə-beyin travması, baş beyin əzilməsi, sol budun açıq sınığı diaqnozu qoyulub. 

Xəstənin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi