Ağsu və Qazaxda fərdi evlərdə, Bərdədə isə 3 mərtəbəli binada yanğın olub

Ağsu və Qazaxda fərdi evlərdə, Bərdədə isə 3 mərtəbəli binada yanğın olub Yanğının genişlənməsinin qarşısı alınıb
Hadisə
4 Aprel , 2015 10:28
Ağsu və Qazaxda fərdi evlərdə,  Bərdədə isə 3 mərtəbəli binada yanğın olub

BakIı. 4 aprel. REPORT.AZ/ Ağstafa rayonu, Soyuqbulaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan taxta konstruksiyadan ibarət birmərtəbəli 2 otaqlı ev və əşyaları yanıb. "Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) sayıtına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qazax rayonu, Aşağı Salahlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan evin dam örtüyünün yanar konstruksiyaları 45 kv.m sahədə yanıb. Evin  qalan hissəsi yanğından mühafizə olunub. 

Bərdə şəhərində 3 mərtəbəli binanın zirzəmisində 7 kv.m sahədə məişət tullantıları yanıb. Bina yanğından mühafizə olunub. 

Son xəbərlər

Orphus sistemi