Yuxarı

Ağsu sakininin həyətindən avtomobillə iki qoyun oğurlanıb

Ağsu sakininin həyətindən avtomobillə iki qoyun oğurlanıb

Bakı. 18 iyul. REPORT.AZ/ İyulun 17-də Ağsu Rayon Polis Şöbəsinə müraciət edən Muradlı kənd sakini A.Nurməmmədov iyulun 15-də bir nəfərin onun həyətyanı sahəsindən 2 baş qoyununu “Daewoo” markalı avtomobilə qoyaraq aradan çıxdığını bildirib.

Bu barədə “Report”a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək “isti izlər”lə Sumqayıt şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.

Polis Şöbəsində aparılan araşdırmalarla onun Ağdam rayon sakini Gündüz Abbasov olduğu müəyyən edilib. O, heyvanları götürdüyünü ətrafdakıların gördüyündən ehtiyat edərək onları yolda atdığını bildirib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi