​Ağsu sakini keçmiş həyat yoldaşını qətlə yetirib

​Ağsu sakini keçmiş həyat yoldaşını qətlə yetirib Qətl mübahisə zəminində törədilib
Hadisə
4 Noyabr , 2015 08:03
​Ağsu sakini keçmiş həyat yoldaşını qətlə yetirib

Bakı. 4 noyabr. REPORT.AZ/ Ağsuda qətl hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Ərəbsarvan kəndində törədilib.

Ağsunun Çiyni kənd sakini, 1983-cü il təvəllüdlü Kabus Xanlar oğlu Şirinov gecə saatlarında 1975-ci il təvəllüdlü Ərəbsarvan kənd sakini Eyyubova Elnurə Üzeyir qızının evinə gedərək orada mübahisə edib və mübahisə zəminində mətbəxt bıçağı ilə qadına bir neçə bıçaq xəsarəti yetirib. Elnurə Eyyubova aldığı bıçaq yaralarından hadisə yerində dünyasını dəyişib.

Kabus Şirinov və Elnurə Eyyubovanın birgə nigahdan 2 azyaşlı övladı var və onlar 3 il öncə böşanıblar. Mərhum Elnurə Eyyubova rayonun Hacıqədirli kəndində müəllimə işləyirmiş.

Faktla bağlı Ağsu Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Son xəbərlər

Orphus sistemi