Ağsu sakini arvadını döyərək yeni doğulmuş körpəni ondan zorla alıb

Ağsu sakini arvadını döyərək yeni doğulmuş körpəni ondan zorla alıb Bakı. 31 avqust. REPORT.AZ/ Ağsu rayonunda kişi yeni doğulmuş körpəni arvadından alaraq onu evdən qovub.
Hadisə
31 Avqust , 2018 11:30
Ağsu sakini arvadını döyərək yeni doğulmuş körpəni ondan zorla alıb
0 : 00
0 : 00

Bakı. 31 avqust. REPORT.AZ/ Ağsu rayonunda kişi yeni doğulmuş körpəni arvadından alaraq onu evdən qovub.

“Report”un xəbərinə görə, hadisə rayonun Cəlayir kəndində qeydə alınıb. Kənd sakini 28 yaşlı Eldar Əbilov ailə münaqişəsi zəminində həyat yoldaşı 22 yaşlı Zümrüdü döyərək yeni doğulmuş uşağı zorla onun əlindən alıb, özünü də evdən qovub.

Z.Əbilova polislə müraciət edərək körpəsinin ona qaytarılmasını tələb edib.

Ağsu rayon Polis Şöbəsinin əməkdaşları uşağı almaq üçün Eldar Əbilovun yaşadığı evə gedən zaman o, qardaşı Səfər Əbilovla birlikdə polislərə müqavimət göstərib.

Hər iki şəxs polisə aparılıb.

Son xəbərlər

Orphus sistemi