Ağsuda dağlıq ərazidə baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB

Ağsuda dağlıq ərazidə baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB Ağsu. 2 sentyabr. REPORT.AZ/ Ağsu rayonunda dağlıq ərazidə baş verən yanğın söndürülüb.
Hadisə
2 sentyabr 2018 19:04
Ağsuda dağlıq ərazidə baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB

Ağsu. 2 sentyabr. REPORT.AZ/ Ağsu rayonunda dağlıq ərazidə baş verən yanğın söndürülüb.

"Report"un Şirvan bürosunun məlumatına görə, alovun əhatə etdiyi ərazi 50 hektar olub. 

Yanğın yanğınsöndürənlərin və kənd sakinlərinin köməkliyi ilə söndürülüb. Yaxınlıqdakı meşəlik ərazi yanğından mühafizə olunub.


***20:51

Ağsu. 2 sentyabr. REPORT.AZ/Ağsu rayonunda meşə yaxınlığında yanğın başlayıb.

"Report"un Şirvan bürosunun xəbərinə görə, kol və quru ot sahəsindəki yanğının söndürülməsi üçün əraziyə Ağsu ilə yanaşı, Kürdəmir, Ucar və Şamaxı rayonlarından da yanğınsöndürən biriqada və texnikalar cəlb olunub. Lakin dağlıq ərazinin bəzi hissələrinə texnikaların göndərilməsi mümkün olmayıb. Bu səbəbdən yanğının söndürülməsi üçün daha çox əl əməyindən istifadə olunur. 

Hazırda alovun söndürülməsi istiqamətində işlər davam etdirilir.


***20:12

Ağsu. 2 sentyabr. REPORT.AZ/ Ağsu rayonunda meşə ərazisində yanğın başlayıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Xatman kəndindəki dağlıq ərazidə baş verib.

Kənd sakinləri əraziyə yanğınsöndürənlər gələnə qədər yanğının söndürülməsinə başlayıblar.

Yerli sakinlərin verdiyi məlumata görə, yanğın genişlənir və yaşayış evlərinə doğru gəlir. 

Son xəbərlər

Orphus sistemi