Ağstafada yol qəzası olub, xəsarət alanlar var

Ağstafada yol qəzası olub, xəsarət alanlar var Ağstafa rayonunda yol qəzası olub, xəsarət alanlar var.
Hadisə
3 Fevral , 2023 17:23
Ağstafada yol qəzası olub, xəsarət alanlar var

Ağstafa rayonunda yol qəzası olub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qırlı kənd ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "NAZ Lifan" markalı avtomobillə "Mitsubishi Pajero İO" markalı maşın toqquşub. Nəticədə Ağstafa rayon sakinləri - 1974-cü il təvəllüdlü Anar Mamed oğlu Yaqubov, 1981-ci il təvəllüdlü Rəşad Yamil oğlu Axundov və 1974-cü il təvəllüdlü Elşən Maksim oğlu Əsgərov müxtəlif bədən xəsarətləri alıblar.

Hər üç yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır

Son xəbərlər

Orphus sistemi