Ağstafada yol qəzası olub, ölən və yaralananlar var

Ağstafada yol qəzası olub, ölən və yaralananlar var Ağstafa rayonunda yo qəzası baş verib.
Hadisə
16 Dekabr , 2021 18:06
Ağstafada yol qəzası olub, ölən və yaralananlar var
0 : 00
0 : 00

Ağstafa rayonunda yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Ağstafa-Sadıqlı avtomobil yolunun Poylu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə 2002-ci il təvəllüdlü Nicad Tağıyev dünyasını dəyişib. Onun sürücü olduğu bildirilir. Daha iki nəfər - 2001-ci il təvəllüdlü Cavid Anar oğlu İbrahimov və 2001-ci il təvəllüdlü Tələt Araz oğlu Budaqov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi