Ağstafada yol qəzası baş verib: xəsarət alanlar var

Ağstafada yol qəzası baş verib: xəsarət alanlar var Faktla bağlı araşdırma aparılır
Hadisə
23 Mart , 2017 18:59
Ağstafada yol qəzası baş verib: xəsarət alanlar var
Courtesy İmage

Ağstafa. 23 mart. REPORT.AZ/ Ağstafa rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Ağstafa rayonunda, Bayraq Meydanı yaxınlığında baş verib.

Belə ki, taksi kimi fəaliyyət göstərən "VAZ-2107" markalı avtomobil qarşı tərəfdən gələn "Chevrolet Niva" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində, sürücülər və hər iki avtomobildə olan iki sərnişin müxtəlif bədən xəsarətləri alıb.

Taksi sürücüsünün və "Chevrolet Niva"da olan sərnişinlərdən birinin yarası ağır olduğundan onlar xəstəxanaya yerləşdiriliblər. Digər yaralıların vəziyyəti isə normaldır və onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi