Ağstafada yol qəzası baş verib, ölən və yaralananlar var - FOTO

Ağstafada yol qəzası baş verib, ölən və yaralananlar var - FOTO Ağır xəsarətlər almış Səlminaz Tağıyeva hadisə yerində dünyasını dəyişib
Hadisə
18 Dekabr , 2016 19:59
Ağstafada yol qəzası baş verib, ölən və yaralananlar var - FOTO

Bakı. 18 dekabr. REPORT.AZ/ Agstafa rayonunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Ağstafa şəhəri, Üzeyir Hacıbəyov prospektində qeydə alınıb. 

Belə ki, naməlum sürücü bir ailənin üç üzvünü vuraraq hadisə yerindən qaçıb. Hadisə nəticəsində ağır xəsarətlər almış Səlminaz Tağıyeva hadisə yerində dünyasını dəyişib.

Onun oğlu Əvəz Tağıyev və azyaşlı nəvəsi Tunar Tağıyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Agstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralıların vəziyyətinin kafi olduğu bildirlir.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi