Ağstafada yol qəzası baş verib, ölən və yaralananlar var - YENİLƏNİB

Ağstafada yol qəzası baş verib, ölən və yaralananlar var - YENİLƏNİB Ağstafa rayonunun Yuxarı Göycəli kənd ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
15 İyul , 2019 20:49
Ağstafada yol qəzası baş verib, ölən və yaralananlar var - YENİLƏNİB

Ağstafa rayonunun Yuxarı Göycəli kənd ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə  qeydə alınıb. Qəza nəticəsində Qazax rayonun İkinci Şıxlı kənd sakini, 1991-ci il təvəllüdlü İsmət Mahmud oğlu Hacıyev ölüb. Onun həmyerliləri - 1991-ci il təvəllüdlü Nicat Rafiq oğlu Şamxalov və 1994-cü il təvəllüdlü Fuad Elman oğlu Məmmədov isə müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


*** 19:13

Ağstafa rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Yuxarı Göycəli kənd ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Yol qəzasının baş veridiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdşalrı və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.

Yaralılar xəstəxanaya aparılıb.

Baş verən yol qəzası ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi