Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var

Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var Ağstafa rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. "Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Vurğun qəsəbəsində qeydə alınıb.
Hadisə
5 Sentyabr , 2020 22:13
Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var

Ağstafa rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Vurğun qəsəbəsində olub.

Avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində Tovuz rayon sakinləri - 31 yaşlı Novruz Tağı oğlu Hümbətov və 21 yaşlı Ramin Mehman oğlu Hüseynov xəsarət alıblar. Yaralılar xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi