Ağstafada 12 yaşlı qızı avtomobil vurub - YENİLƏNİB

Ağstafada 12 yaşlı qızı avtomobil vurub - YENİLƏNİB Ağstafa rayonunda VAZ markalı avtomobil tərəfindən vurulan piyadanın şəxsiyyəti məlum olub.
Hadisə
29 İyul , 2019 15:57
Ağstafada 12 yaşlı qızı avtomobil vurub - YENİLƏNİB

Ağstafa rayonunda VAZ markalı avtomobil tərəfindən vurulan piyadanın şəxsiyyəti məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, xəsarət alan piyada Ağstafa rayon sakini, 2007-ci il təvəllüdlü Rzayeva Xədicə Asəf qızıdır.

Həkimlər onun vəziyyətini kafi kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.


*** 15:20

Ağstafa rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun mərkəzi küçələrindən birində qeydə alınıb. Yolu qarşı tərəfə keçmək istəyən 10-15 yaşlı qızı avtomobil vurub. 

Yaralı hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi