Ağstafada yaşlı qadın tualet quyusuna düşüb - YENİLƏNİB

Ağstafada yaşlı qadın tualet quyusuna düşüb - YENİLƏNİB Qadın FHN xilasediciləri tərəfindən quyudan çıxarılıb
Hadisə
5 Sentyabr , 2017 10:38
Ağstafada yaşlı qadın tualet quyusuna düşüb - YENİLƏNİB

Ağstafa. 5 sentyabr. REPORT.AZ/ Ağstafa rayonunda tualet quyusuna düşən 86 yaşlı qadın çıxarılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Poylu qəsəbəsinin sakini 1931-ci il təvəllüdlü  Zərəngiz Süleyman qızı Mustafayeva rayonun Qarahəsənli kəndində yaşayan qızının evinə gedib. Orada tualet quyusuna düşüb. 

Hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri qadının oradan çıxarıblar. Təcili Tibbi Yardım Stansiyasının həkimləri qadına ilkin tibbi yardım göstəriblər. Huşsuz vəziyyətdə quyudan çıxarılan qadının vəziyyətinin ağır olduğu bildirilir. 


***10:27

Ağstafa. 5 sentyabr. REPORT.AZ/ Ağstafa rayonunda yaşlı qadın tulaet quyusuna düşüb.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qarahəsənli kəndində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb olunublar. 

Hazırda yaşlı qadının tulet quyusundan çıxarılması işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi