Ağstafada yaşlı kişini avtomobil vurub

Ağstafada yaşlı kişini avtomobil vurub Ağstafa. 26 oktyabr. REPORT.AZ/ Ağstafa rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
26 Oktyabr , 2018 22:43
Ağstafada yaşlı kişini avtomobil vurub

Ağstafa. 26 oktyabr. REPORT.AZ/ Ağstafa rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun 1957-ci il təvəllüdlü Xatai kəndində yerli sakin Nəsibov Xəyyam Həmid oğlu yolu qarşı tərəfə keçmək istəyən zaman avtomobil tərəfindən vurulub.

Yaralı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus avtomobil qəzaya uğrayaraq yanıb.

Son xəbərlər

Orphus sistemi