Ağstafada toydan çıxan bir qrup şəxs arasında kütləvi dava olub

Ağstafada toydan çıxan bir qrup şəxs arasında kütləvi dava olub Dava söyüş üstündə olub
Hadisə
9 Sentyabr , 2017 23:34
Ağstafada toydan çıxan bir qrup şəxs arasında kütləvi dava olub
Foto: Report.az

Ağstafa. 9 sentyabr. REPORT.AZ/ Ağstafada toydan çıxan bir qrup şəxs arasında söyüş üstündə kütləvi dava olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qırlı kəndində baş verib.

Dava kənddə keçirilən toy mərasimindən çıxmış bir qrup şəxs arasında dava düşüb. Nəticədə söyüş söyən şəxs, Qırlı kənd sakini, 1982-ci il təvəllüdlü Ramin İsrafil oğlu Məmmədov möhkəm döyülüb və burnu sındırılıb. Yaralı xəstəxanaya yerləşdirilib və hazırda həkimlər tərəfindən əməliyyat edilərək Travmatologiya şöbəsində müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi