Ağstafada sərnişindən silah-sursat götürüldü

Ağstafada sərnişindən silah-sursat götürüldü Ağstafa polisi qanunsuz silah saxlayan şəxsə qarşı əməliyyat keçirib.
Hadisə
13 Noyabr , 2020 11:30
Ağstafada sərnişindən silah-sursat götürüldü
0 : 00
0 : 00

Ağstafa polisi qanunsuz silah saxlayan şəxsə qarşı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri keçiriblər.

Ağstafa rayon sakini E.Qəhrəmanovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil saxlanılıb.

Nəqliyyat vasitəsinə baxış zamanı sərnişin N.Məsimovdan “AK-74” markalı avtomat silahı, 22 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi