Ağstafada qohumunu bıçaqlayan şəxs saxlanılıb

Ağstafada qohumunu bıçaqlayan şəxs saxlanılıb Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır
Hadisə
19 Dekabr , 2017 10:01
Ağstafada qohumunu bıçaqlayan şəxs saxlanılıb

Ağstafa. 19 dekabr. REPORT.AZ/ Ağstafa rayonunda bıçaqlama hadisəsi törədən şəxs saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, ötən gün axşam saatlarında rayonun Qırılı kənd ərazisində, 1992-ci il təvəllüdlü Ələstün Loğman oğlu Məmmədlini bıçaqlayan şəxs, Masallı rayonu Ərkivan kənd sakini, 1998-ci il təvəllüdlü Əzimov Elvin Məsləhət oğlu saxlanılıb.

Məlumata görə, hadisə qohum olan şəxslər arasında yaranmış mübahisə zəminində baş verib.

Qeyd edək ki, bıçaq xəsarəti alan Ələstün Məmmədli xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. 

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi