Ağstafada qəza zamanı ana körpəsi ilə özünü maşından yerə atıb - FOTO - YENİLƏNİB

Ağstafada qəza zamanı ana körpəsi ilə özünü maşından yerə atıb - FOTO - YENİLƏNİB Ağstafa. 19 avqust. REPORT.AZ/ Ağstafa rayonunda yol qəzası nəticəsində iki nəfər xəsarət alıb.
Hadisə
19 Avqust , 2018 22:23
Ağstafada qəza zamanı ana körpəsi ilə özünü maşından yerə atıb - FOTO - YENİLƏNİB

Ağstafa. 19 avqust. REPORT.AZ/ Ağstafa rayonunda yol qəzası nəticəsində iki nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, qəza zamanı 1990-cı il təvəllüdlü Nərmin Osmanova qucağındakı 1 yaşlı oğlu ilə birgə özünü maşından yerə atıb.

Müxtəlif bədən xəsarətləri alan qadın övladı ilə birgə xəstəxanaya yerləşdirilib. Onlardan N.Osmanovanın vəziyyətinin orta-ağır, övladının vəziyyətinin isə normal olduğu bildirilir.

Hazırda qəzanın səbəbləri araşdırılır.


***21:20

Ağstafa. 19 avqust. REPORT.AZ/ Ağstafa rayonunda yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, qəza zamanı xəsarət alanların olduğu bildirilir.

Hazırda əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi