Ağstafada qanunsuz silah saxlayanlar məsuliyyətə cəlb olunub

Ağstafada qanunsuz silah saxlayanlar məsuliyyətə cəlb olunub Ağstafa rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Sadıqlı kənd sakini Qara Süleymanovdan 1 ədəd,”ZK” modelli, 24 kalibirli tək lüləli ov tüfəngi, rayonun Ağsöl kənd sakini “İJ” markalı, 20 kalibirli, tək lüləli ov tüfəngi,Göygöl rayon sakini Hüseynə
Hadisə
14 Mart , 2021 17:53
Ağstafada qanunsuz silah saxlayanlar məsuliyyətə cəlb olunub

Ağstafa rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Sadıqlı kənd sakini Qara Süleymanovdan 1 ədəd,”ZK” modelli, 24 kalibirli tək lüləli ov tüfəngi, rayonun Ağsöl kənd sakini “İJ” markalı, 20 kalibirli, tək lüləli ov tüfəngi,Göygöl rayon sakini Hüseynəli Musayevdən “İJ” markalı,16 kalibirli, tək lüləli ov tüfəngi, Muğanlı kənd sakini Alıxan Bayramovdan 1 ədəd “İJ” markalı,28 kalibirli, tək lüləli ov tüfəngi aşkar edilərək götürülüb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilib.

Bundan başqa, davam etdirilən tədbirlər nəticəsində rayonun Sadıqlı kəndi ərazisində 1 ədəd, sahibsiz “TOZ” markalı, 16 kalibirli, qoşa lüləli ov tüfəngi aşkar edilib.

Hazırda faktlarla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi