Ağstafada piyadanın ölümünə səbəb olan sərxoş sürücü tutulub

Ağstafada piyadanın ölümünə səbəb olan sərxoş sürücü tutulub Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır
Hadisə
29 İyun , 2017 14:30
Ağstafada piyadanın ölümünə səbəb olan sərxoş sürücü tutulub

Ağstafa. 29 iyun. REPORT.AZ/ Ağstafa rayonunda piydanın ölümünə səbəb olan sürücü saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, iyunun 27-də gecə saatlarında rayonun Vurğun qəsəbə sakini, 1964-cü il təvəllüdlü  Namiq Həbib oğlu Yüsibovu vuraraq hadisə yerindən qaçan rayon sakini, 1990-cı il təvəllüdlü Ruslan Temuraz oğlu Kəbiyev saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, piyada və sürücü sərxoş olub. 

Belə ki, sərxoş halda avtomobil yolu ilə gedən N.Yüsibov anidən özünü maşının önünə atıb. Yüksək sürətlə idarə etdiyi "VAZ-2106" markalı avtomobili saxlaya bilməyən sürücü isə onu vurub. Hadisəni törətdikdən sonra isə sərxoş sürücü hadisə yerindən qaçıb. Polis əməkdaşlarının apardığı əməliyyat tədbirləri nəticəsində sürücü Eynallı kəndində saxlanılaraq istintaqa cəlb olunub. 

Qeyd edək ki, piyada N.Yusibov Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada ölüb. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi