Bakı. 28 avqust. REPORT.AZ/ Ağstafada piyadanı vurub qaçan sürücü tutulub.
"Report" xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin rəsmi saytı yayıb.
Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 25-də rayon sakini Fuad Həsənovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “VAZ-2106” markalı avtomobilin sürücüsü - Qarahəsənli kənd sakini Elçin Mustafayev tutulub.
Faktla bağlı araşdırma aparılır.