Ağstafada partlamamış minaatan mərmisi tapılıb

Ağstafada partlamamış minaatan mərmisi tapılıb Bakı. 6 noyabr. REPORT.AZ/ Ağstafa rayonunda partlamamış minaatan mərmisi aşkarlanıb.
Hadisə
6 noyabr 2017 14:55
Ağstafada partlamamış minaatan mərmisi tapılıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Ağstafa rayonunda partlamamış minaatan mərmisi aşkarlanıb.

Bu barədə "Report"a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Bildirilib ki, 06 Noyabr 2017-ci il tarixində Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisində 1 ədəd partlamamış hərbi sursatın olması barədə məlumat daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə hərbi şəhərciyə baxış keçirib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 160 mm-lik minaatan mərmisi (OF-853A) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş minaatan mərmisinin ətrafında 70 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib. 

Son xəbərlər

Orphus sistemi