Ağstafada yol qəzasında ölən sürücünün kimliyi məlum olub

Ağstafada yol qəzasında ölən sürücünün kimliyi məlum olub Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
871
25 Mart , 2022 19:51
Ağstafada yol qəzasında ölən sürücünün kimliyi məlum olub

Ağstafada yol qəzasında ölən sürücünün kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, o, Dağ Kəsəmən kənd sakini, 35 yaşlı Teymur Mahmud oğlu Salıfovdur.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi Dağ Kəsəmən kəndində qeydə alınıb. "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

19:16

Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, yol qəzası Dağ Kəsəmən kəndində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində sürücü ağır xəsarətlər alıb. Xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi