Ağstafada ölümlə nəticələnən yol qəzası baş verib

Ağstafada ölümlə nəticələnən yol qəzası baş verib Bakı. 1 sentyabr. REPORT.AZ/ Ağstafa rayonunun Böyük Kəsik kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb.
Hadisə
1 Sentyabr , 2018 21:15
Ağstafada ölümlə nəticələnən yol qəzası baş verib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Ağstafa rayonunun Böyük Kəsik kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb.

“Report” xəbər verir ki, bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Məlumata əsasən, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış 1960-cı il təvvəllüdlü sürücü Eminov Elxan Əsgər oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi