​Ağstafada motosiklet ağaca çırpılıb, sürücü xəsarət alıb

​Ağstafada motosiklet ağaca çırpılıb, sürücü xəsarət alıb Yaralı kəllə-beyin travması alıb
Hadisə
22 Mart , 2016 09:34
​Ağstafada motosiklet ağaca çırpılıb, sürücü xəsarət alıb

Bakı. 22 mart. REPORT.AZ/ Ağstafada sürücünün ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, qəza 1983-cü il təvəllüdlü yerli sakin Namaz Əkbərovun idarə etdiyi motosikletin ağaca çırpılması nəticəsində qeydə alınıb.

Güclü zərbənin təsirindən bir neçə metr kənara düşən sürücü ağır bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, kəllə-beyin travması alan N.Əkbərovun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı Ağstafa polisi araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi