Ağstafada “Mitsubishi” və “VAZ” toqquşdu, xəsarət alan var

Ağstafada “Mitsubishi” və “VAZ” toqquşdu, xəsarət alan var Ağstafa rayonunda xəsarətlə nəticələnən yol qəzası olub.
Hadisə
13 Dekabr , 2020 16:02
Ağstafada “Mitsubishi” və “VAZ” toqquşdu, xəsarət alan var

Ağstafa rayonunda xəsarətlə nəticələnən yol qəzası olub.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağstafa rayonunun Köçvəlili kəndində “Mitsubishi” və “VAZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi