Ağstafada minik avtomobilləri toqquşub, ana və qızları xəsarət alıblar

Ağstafada minik avtomobilləri toqquşub, ana və qızları xəsarət alıblar Faktla bağla araşdırma aparılır
Hadisə
19 Avqust , 2017 18:03
Ağstafada minik avtomobilləri toqquşub, ana və qızları xəsarət alıblar
Report

Bakı. 19 avqust. REPORT.AZ/ Ağstafa rayonunda yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan Respublikası avtomobil yolunun Ağstafa rayonu ərazisində qeydə alınıb.  

Gürcüstandan Bakıya doğru hərəkətdə olan "Mercedes" markalı avtomobil "Priora" markalı avtomobillə toqquşub. Nəticədə "Mercedes"də olan ana - 43 yaşlı Şərqiyyə Bəşirova, onun qızı, 19 yaşlı Rəfiqə və 16 yaşlı Gülnar Bəşirovalar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Şərqiyyə Bəşirovanın vəziyyəti ağır olaraq qiymətləndirilir. Avtomobilin sürücüsü isə yüngül xəsarət alıb.

Faktla bağla araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi