Ağstafa rayonunda sərnişin daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alanların şəxsiyyətləri məlum olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, mikroavtobusun aşması nəticəsində Quliyeva Pərvanə (1986-cı il təvəllüdlü), Nəsibov Vüsal (1987-ci il), Babayeva Gülluf (1956-cı il), Oruclu Zöhrə (1999-cu il), Cəlilova Zülfüyə (2003-cü il), Orucova Tamilə (1986-cı il), Kərimli Rəşid (2012-ci il), Muğalova Gülnarə (1984-cü il) və Göycəliyev Pərvin (1992-i il) xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan 2-nin xəsarəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
***20:41
Ağstafa rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Ağstafa şəhərində, körpü yaxınlığında qeydə alınıb.
Belə ki, sərnişin daşıyan mikroavtobus qəzaya uğrayıb. İlkin məlumata görə, hadisə zamanı 9 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.