Ağstafada məktəblini qatar vuraraq öldürüb - YENİLƏNİB

Ağstafada məktəblini qatar vuraraq öldürüb - YENİLƏNİB Ağstafa rayonunda qatarın altında qalaraq ölən məktəblinin şəxsiyyəti məlum olub.
Hadisə
21 May , 2019 15:55
Ağstafada məktəblini qatar vuraraq öldürüb - YENİLƏNİB

Ağstafa rayonunda qatarın altında qalaraq ölən məktəblinin şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü Elbrus İlham oglu Əhmədovu dəmir yolu xəttini qarşı tərəfə keçmək istəyərkən qatar vurub. O, aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.


***14:29

Ağstafa rayonunda məktəblini qatar vuraraq öldürüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Böyük Kəsik stansiyası yaxınlığında qeydə alınıb. 

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan məktəbli dərsdən evə qayıdarkən dəmiryol xəttinin üstündən keçib. Bu zaman sürət qatarı məktəblini vurub. 

Hadisə yerinə hüquq-mühafizə xidmətinin əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi