Ağstafada maşın ustasının başına dəmir parçası düşüb

Ağstafada maşın ustasının başına dəmir parçası düşüb Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
Hadisə
12 Mart , 2017 12:31
Ağstafada maşın ustasının başına dəmir parçası düşüb

Ağstafa. 12 mart. REPORT.AZ/ Ağstafa rayonunun Dağ Kəsəmən kəndində maşın ustasının başına dəmir parçası düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1983-cü il təvəllüdlü yerli sakin Səlifov Samir Mehdi oğlu avtomobili təmir edərkən ehtiyatsız davranıb və başına hələ ki, məlum olmayan dəmir parçası düşüb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən əməliyyat olunan yaralı Reanimasiya şöbəsinə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi