Ağstafada maşın dərəyə aşıb, 3 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Ağstafada maşın dərəyə aşıb, 3 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB Ağstafa rayonunun Dağ Kəsəmən kəndində minik avtomobilinin dərəyə aşması nəticəsində yaralananların şəxsiyyəti məlum olub.
Hadisə
28 İyul , 2019 19:44
Ağstafada maşın dərəyə aşıb, 3 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Ağstafa rayonunun Dağ Kəsəmən kəndində minik avtomobilinin dərəyə aşması nəticəsində yaralananların şəxsiyyəti məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bunlar rayonun Dağ Kəsəmən kənd sakinləri - Xəlilov Sərxan İmran oğlu (1994), İbrahimov Məhəmməd Kamil oğlu (1996) və Musayev Sərxan Bəhmən oğludur (1993).

Hər üç yaralı Qazax Rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. Onlardan birinin vəziyyəti ağır, digərlərininki isə orta-ağır qiymətləndirilir.


***18:46

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Dağ Kəsəmən kəndi ilə hərəkətdə olan "VAZ" markalı avtomobil idarəetmədən çıxaraq, dərəyə aşıb.

Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi