​Ağstafada mağaza yarılıb

​Ağstafada mağaza yarılıb Obyekt sahibinə 400 manat ziyan dəyib
Hadisə
24 Fevral , 2016 03:11
​Ağstafada mağaza yarılıb

Bakı. 24 fevral. REPORT.AZ/ Ağstafa rayonunun Poylu qəsəbəsində 3 mağazadan oğurluğa cəhd olub.

"Report" xəbər verir ki, canilərin yol kənarında yerləşən Emin Hüseynov və Pənah Aslanova məxsus marketləri qarət etmək cəhdi alınmasa da, onlar Məsim Hüseynovun obyektinin kilidini sındıraraq oradan spirtli içkilər, mobil danışıq kartları və nəğd pul ələ keçiriblər.

Mağaza sahibinə ümumilikdə 400 manat məbləğində ziyan dəyib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi