Yuxarı
    Bağlamaq

    Ağstafada kütləvi dava olub, yaralılar var - YENİLƏNİB

    Ağstafa. 13 avqust. REPORT.AZ/ Ağstafa rayonunda kütləvi dava olub, toydan çıxan 27 yaşlı oğlan ölümcül döyülüb.

    "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Göycəli kəndində baş verib. Toy mərasimindən çıxan, 1991-ci il təvəllüdlü Nurlan Mahir oğlu Haqverdiyev yolda tanımadığı şəxslər tərəfindən ölümcül döyülüb. Kütləvi dava zamanı onunla bərabər Qazax rayon Cəfərli kənd sakini, 1988-ci il təvəllüdlü Qaramollayev Elmir Mayıl oğlu da döyülüb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlardan N.Haqverdiyevin vəziyyətinin ağır olduğu bildirilir. O, boğazından aldığı zərbədən nəfəs almaqda çətinlik çəkdiyi deyilir.

    Faktla bağlı araşdırmalara başlanılıb.


    *** 01:43

    Ağsatafa. 13 avqust. REPORT.AZ/ Ağstafa rayonunda toydan çıxan 27 yaşlı oğlan ölümcül döyülüb.

    "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Göycəli kəndində baş verib. Toy mərasimindən çıxan, 1991-ci il təvəllüdlü Nurlan Mahir oğlu Haqverdiyev yolda tanımadığı şəxslər tərəfindən ölümcül döyülüb. 

    Xəstəxanaya yerləşdiriləndən yaralının vəziyyətinin ağır olaraq qaldığı və boğazından aldığı zərbədən nəfəs almaqda çətinlik çəkdiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi