Yuxarı

Ağstafada kürəkən qayınatasını bıçaqlayıb

​Ağstafada kürəkən qayınatasını bıçaqlayıb

3383

Ağstafa. 23 yanvar. REPORT.AZ/ Ağstafa rayonunun Qaçaq Kərəm kəndində bıçaqlanma olub.

"Report"un Qərb bürosunun məlumatına görə, 1971-ci il təvəllüdlü kənd sakini Əliyev Kamaləddin Dursun oğlu 1992-ci il təvəllüdlü Yolçuyev Elşən Mikayıl oğlu tərəfindən döş qəfəsindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyata olunub.

İlkin məlumatlara görə, K.Əliyev mübahisə zəminində kürəkəni tərəfindən bıçaqlanıb. Hadisəyə ailədaxili mübahisə səbəb olub. Belə ki, iki ay öncə E.Yolçuyevin həyat yoldaşı ondan küsərək ata evinə gedib. O, bir neçə dəfə qayınatasının evinə gedərək yoldaşı ilə barışmağı və geri qayıtmasını istəsə də, buna nail ola bilməyib. Bu axşam isə qayınatası ilə arasında mübahisə yaranıb. Nəticədə bıçaqlanma baş verib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Neftçalada qonşular arasında bıçaqlaşma olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi