Ağstafada qadının qətlinin bəzi təfərrüatları məlum olub - YENİLƏNİB

Ağstafada qadının qətlinin bəzi təfərrüatları məlum olub - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
16 May , 2021 21:24
Ağstafada qadının qətlinin bəzi təfərrüatları məlum olub - YENİLƏNİB

Ağstafa rayonunun Köçəsgər kəndində törədilən qətlin bəzi təfərrüatları məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, 62 yaşlı Ələkbərova Çiçək Əli qızı 30 ildən çoxdur, tək yaşayıb. Hadisə yerinə baxış keçirilib və onun boğularaq qətlə yetirildiyi ehtimal edilir.

Qonşularının dediyinə görə, qadının üzərindəki qızıl-zinət əşyaları götürülüb. Cinayətin oğurluq məqsədi ilə törədildiyi şübhə doğursa da, hadisənin başvermə səbəbləri, cinayətin kim və ya kimlər tərəfindən törədildiyinin müəyyənləşdirilməsi istiqamətində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, onun meyiti qonşular tərəfindən aşkarlanıb.

20:46

Ağstafa rayonunda qətl törədilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.

Belə ki, 62 yaşlı Ələkbərova Çiçək Əli qızı qətlə yetirilib. Onun kim tərəfindən qətlə yetirildiyi hələ dəqiq bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi