Ağstafada kafedə dava olub, xəsarət alanlar var

Ağstafada kafedə dava olub, xəsarət alanlar var Faktla bağlı araşdırma aparılır
Hadisə
10 Noyabr , 2017 09:19
Ağstafada kafedə dava olub, xəsarət alanlar var

Ağstafa. 10 noyabr. REPORT.AZ/ Ağstafa rayonunda kütləvi dava olub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayondakı kafelərdən birində baş verib. 

Belə ki, bir neçə nəfər kafedə yeyib-içdikdən sonra onlar arasında mübahisə yaranıb. Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Nəticədə Eynalli kənd sakini, 1989-cu il təvəllüdlü Abdullayev Rövşən Məzahir oğlu və Pirli kənd sakini, 1992-ci il təvəllüdlü Qurbanzadə Teyyub İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi