Ağstafada iki top mərmisi tapıldı

Ağstafada iki top mərmisi tapıldı Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, Tatlı kəndi ərazisində 2 ədəd partlamamış top mərmisinin tapılması barədə məlumat daxil olub.
Hadisə
165
28 İyun , 2020 00:20
Ağstafada iki top mərmisi tapıldı

Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, Tatlı kəndi ərazisində 2 ədəd partlamamış top mərmisinin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan “Report”a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd praktiki atışlar üçün nəzərdə tutulmuş 130 mm-lik top mərmisi (PBR-482) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmilərinin ətrafında 300 kv.m əraziyə yerüstü, 60 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi